Bakıda fəaliyyət göstərən “Sooft” mobil klinikası bu dəfə Bakıxanov qəsəbəsində müayinə keçirəcək. Bu haqda bu gün, 7 mart tarixində Sabunçu Rayon İcra Hakimiyyətinə istinadən Bakuplus.az xəbər verir.
Səyyar klinikaya hər kəs yaxınlaşaraq ödənişsiz qaydada peşəkar həkim kollektivinin xidmətlərindən yararlana biləcək.
Mobil klinika Sabunçu Rayon İcra Hakimiyyəti və “Məlhəm” Beynəlxalq hospitalının “Sooft” göz mərkəzinin birgə təşkilatçılığı ilə 9-26 mart tarixlərində xidmət göstərəcək.
Ətraflı məlumat üçün *4433, 803 və ya 050 444 0 803 nömrələri ilə əlaqə saxlamaq olar.