Paytaxtda sabah gözlənilən hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Bakıda və Abşeron rayonunda yanvarın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Havanın temperaturu gecə 0-4, gündüz isə 6-9 dərəcə isti olacaq.