Sabah Bakıda hava necə olacaq? Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
28 fevral tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz isə 5-8 dərəcə isti olacaq.