Bakıda baş verən qəzaların sayı açıqlanıb. Bu haqda bu gün, 19 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qurumdan verilən məlumata əsasən, son 2 ay ərzində quraşdırılmış videomüşahidə kameraları vasitəsilə ümumilikdə 400-dən çox yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Qəzalar, əsasən, ara məsafəsinə düzgün əməl edilməməsi, sürət həddinin aşılması, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyi səbəbindən baş verir.
Qurum sürücüləri yollarda son dərəcə diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyə çağırır.