Bakıda ötən gün axşam saatlarında dolu yağıb. Bu haqda İnternetin Azərbaycan seqmentində bununla bağlı müvafiq görüntülər yayılıb.
Paytaxtın bəzi yerlərində dolu, bütün ərazidə isə davamlı yağış müşahidə olunub.
Həmçinin, 20 may gün ərzində Bakıda və Abşeron yarımadasında sürəti 25 m/s-dək çatan şimal-qərb küləyi əsib. Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən məlumata görə, Qara dəniz üzərində formalaşan siklonun nüfuz etməsi nəticəsində ölkədə yağışlı və küləkli hava şəraiti müşahidə olunur.