Paytaxtda ötən il qəsdən adam öldürmə faktlarının sayı açıqlanıb. Bu haqda Bakuplus.az bu gün, 20 yanvar tarixində Report-a istinadən məlumat verir.
Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsində bildirilib ki, 2022-ci ildə 50 fakt qeydə alınıb. Prokurorluq və daxili işlər orqanları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində, həmçinin 16 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının açılması təmin edilib.