Aprelin əvvəlində Bakıda türkdilli ölkələrin qadın sənətkarlarının beynəlxalq sərgi-yarmarkasının birgə hazırlanması və keçirilməsi haqqında Azərbaycan və Özbəkistan arasında razılıq əldə olunub. Bu barədə bu gün, 17 yanvar tarixində Özbəkistanın "Dunyo" agentliyi məlumat yayıb.
Bu barədə qərar Hunarmand Assosiasiyasının Namanqan bölgəsi üzrə şöbəsinin müdiri Zohidjon Vəliyevlə Azərbaycan Qadınlar Assosiasiyasının icraçı direktoru Roza Zərif arasında əl sənətləri sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulması üçün onlayn danışıqlar zamanı qəbul edilib.
Bu tədbirin proqramına Azərbaycan əhalisinin bu tədbir iştirakçılarının mədəniyyəti və adət-ənənələri ilə tanışlığı, habelə nümayəndə heyəti üzvlərinin B2B formatında görüşlərinin keçirilməsi nəzərdə tutulub.