Bakıda aparılacaq işlərlə bağlı tenderi qazanan şirkətdə qayda pozuntuları aşkarlanıb. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi, işıqlandırma üçün lazımi materialların satınalınması ilə bağlı tender keçirib. Qalib olan “İnterkabel” firmasına 800.000 AZN verilib. Ancaq daha sonra adıçəkilən şirkətin 15.000 AZN vergi borcunun olduğu məlum olub.
“Dövlət Satınalmaları haqqında” qanunun 6.2.5-ci maddəsinə görə, vergi borcu olan şirkətlərin tenderdə iştirakına icazə verilmir.