Paytaxtın Xətai rayonunda ting paylama aksiyası davam edir. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
9 noyabr saat 13:00-da “Bir ağac - min nəfəs” layihəsi çərçivəsində Günəşli qəsəbəsi, Babək prospekti, “Qartal” heykəli və “Araz superstore”un qarşısında ağac tingləri paylanılacaq.
Sakinlər minimum 10 litr həcmində plastik, minimum 5 litr həcmində şüşə, eləcə də kağız və ya minimum 3 ədəd işlənmiş batareya gətirərək ağac götürə bilərlər.