Bakıda qətlə yetirilən 16 yaşlı yeniyetmə dələduzlar üçün şans yaradıb. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Belə ki, dələduzlar İnstagram sosial şəbəkəsində mərhum Tural Rüstəmovun adına səhifə açıblar. Səhifəni idarə edənin onun bacısı olduğunu bildirərək onlar insanlardan maddi yardım istəyirlər.
26 noyabr tarixində 20 yaşlı Ruslan Səfixanov 16 yaşlı Tural Rüstəmovu Şağan Olimpiya Kompleksində bıçaqla qətlə yetirmişdir.