Bakıda “Biz haradayıqsa, Ukrayna oradadır” adlı yeni sərgi fəaliyyətə başlayıb. Bakıda yerləşən Ukrayna Mərkəzində keçirilən totosərgi Ukrayna Silahlı Qüvvələrinin yaradılmasının 30 illiyinə həsr olunub. Bu haqda 7 dekabr tarixində Report xəbər verib.
Tədbir Ukraynanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.
Səfirliyin hərbi attaşesi Yuri Oksenenko açılış nitqində Ukraynanın Silahlı Qüvvələrinin yaradılması tarixi, həmçinin Ukraynadakı qoşun növləri haqqında məlumat verib.
Y.Oksenenko Ukraynanın hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.