Respublika ərazisində sakinlər könüllü olaraq polisə silah-sursat təhvil veriblər. Bu haqda bu gün, 20 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Fevralın 19-da paytaxtda və ölkənin müxtəlif rayonlarında sakinlər polislərə 2 müxtəlif markalı avtomat silahı, 2 tapança, 5 qumbara, 2 alışdırıcı, 6 müxtəlif markalı tüfəng, 3 patron darağı və 530 ədəd müxtəlif çaplı patron təhvil veriblər.
Polisə vaxtında məlumat verdiklərinə görə sakinlərə minnətdarlıq bildirilib, onlara qarşı heç bir cəza tədbiri görülməyib.