25 sentyabr tarixində Bakıda qanunsuz parklanma ərazisi aşkarlanıb.
Oxu.Az məlumatına görə, Şövkət Səfərəliyeva ilə Neftçilər prospektinin kəsişməsində Bakı vətəndaşı qanunsuz yerdə maneə qurğuları qoyaraq, parklanma edib. Hadisə yerinə yol polisi gəlib və qanunsuz parklanma faktını təsdiq edib. Nəticədə Zamin adlı şəxs qanuna uyğun şəkildə cərimələnib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda qanunsuz parklanma fəaliyyəti ilə mübarizəyə başlayıb.