7 noyabr tarixində bakıda “Vintaj Bazaar” adlı yarmarka keçiriləcək. Yarmarka Salaam Cinema Baku tərəfindən saat 14:00-da təşkil olunacaq
5 saat davam edəcək yarmarkada həm keçmişi xatırladan əşyalar, həm də incəsənət işləri satışa çıxarılacaq.
Həvəskar və bacarıqlı rəssamların çəkdiyi rəsm əsərləri, heykəllər, vintaj əşyalar, geyimlər satılacaqlar arasındadır.
Yarmarka müğənni Albinanın performansının başlaması ilə başa çatacaq.