Bakıda işlənmiş batareyaların təhvilvermə məntəqələrinin ünvanları məlum olub. Bu haqda 13 iyul tarixində Bakuplus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Bravo” supermarketlər şəbəkəsi ilə birgə “Batareyaları təhvil ver, təbiəti qoru” adlı yeni layihəyə start verib.
Layihə çərçivəsində istifadəyə yararsız elektrik batareyalar xüsusi qutulara toplanılır.
Layihənin məqsədi ətraf mühitə və insan sağlamlığına mənfi təsiri minimuma endirmək üçün işlənmiş batareyaları digər tullantılardan ayırmaqdır. Gələcəkdə belə qutuların digər şəhər və rayonlarda da yerləşdirilməsi nəzərdə tutulur.
Toplanmış batareyalar Sumqayıtda yerləşən "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilir və orada utilizasiya edilir.
İşlənmiş batareyalar üçün xüsusi qutuların ünvanları:
[caption id="attachment_52339" align="alignnone" width="800"]
Foto BakuPlus.az[/caption]