Son vaxtlar paytaxtda baş vermiş avtoqəzalarda “Prius” markalı avtomobillərin olması diqqət cəlb edib. Bakuplus.az komandası olaraq bu haqda özünəməxsus araşdırma aparmağa qərar verdik.
Belə ki, portalımızda son 10 gün ərzində avtomobil qəzaları barəsində paylaşılan 38 xəbərin 17-si “Prius”-ların payına düşür. Bu isə sözügedən hadisələrin 45%-i təşkil edir.
Beləliklə, son 10 gün ərzində haqqında yazdığımız təxminən hər iki qəzadan biri “Prius” markalı avtomobillərin iştirakı ilə baş verib.
Sizcə “Prius”-ların bu lənəti nədən irəli gəlir?