Bakıdakı Şəhidlər Xiyabanının təmiri planlaşdırılır. Bu haqda bu gün, 20 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sözlərinə görə, xiyabanın təmiri gələcəkdə gözlənilir.
“İcra hakimi strukturları daimi olaraq burada fəaliyyətdədir. Artıq 33 il keçir və burada, yəqin ki, gələcəkdə əsaslı təmir aparılacaq. Bu gün də yeni kompozisiya təqdim olunub. Daim buranı diqqətdə saxlayırıq”, - deyə o əlavə edib.