Bakıda su itkilərini 40%-ə qədər endirmək olar. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Dünya Bankının su və kanalizasiya sektoru üzrə mütəxəssisi Smita Misranın sözlərinə görə, Bakıdakı su itkilərinin qarşısının alınması üçün 162,7 milyon ABŞ dolları tələb olunur. Proses üçün 5 il gərəkdir.
“Bu xərclər, həmçinin real itkilərin infrastruktur axıntı indeksinin 16,4%-dən 8%-ə, kommersiya itkisinin SIV (sistem giriş həcmi) 5%-dən 0,7%-ə endirilməsini əhatə edir”, – deyə Smita Misra əlavə edib.
Bakı şəhərində su itkiləri 55-60%-ə çatıb.