Qaradağ rayonundan növbəti ailələr Laçına köçürülüb. Bu haqda bu gün, 31 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Qaradağ rayonunda yerləşən “Qobu park 3” yaşayış kompleksindən Laçın şəhərinə daha 12 ailə – 53 nəfər köçürülüb.
Artıq Laçın şəhərində 180 ailə, yəni 700 nəfərin daimi məskunlaşması təmin edilib. Daha öncə adıçəkilən rayon ərazisindən 22 ailə köçürülüb.
[caption id="attachment_108022" align="alignnone" width="640"]
Foto Report.az[/caption]