"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Qazaxıstanın Almatı şəhərinə uçuşları martın 17-dən təşkil edəcək. Bu haqda bu gün, 9 yanvar tarixində AZAL-ın mətbuat xidməti məlumat verib.
Uçuşlar həftədə iki dəfə - çərşənbə və cümə günləri həyata keçiriləcək.
Uçuşlara yalnız COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq edilən mövcud məhdudiyyətlər çərçivəsində uçuşa icazə verilən kateqoriyadan olan sərnişinlər qəbul ediləcəklər.
Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları bu ölkəyə giriş qaydaları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərlər: https://www.azal.az/az/information/covid-kazakhstan.
Azərbaycana giriş qaydaları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-azerbaijan.
Hazırda AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” həftədə üç dəfə Bakı-Aktau-Bakı marşrutu üzrə uçuşlar həyata keçirir.