Sərnişinlər paytaxtdan 4 bölgəyə və əks istiqamətə avtobuslara biletləri onlayn ala biləcəklər. Bu haqda bu gün 19 yanvar tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
“Biletim.az” saytına daxil olaraq Balakən, Gədəbəy, Oğuz və Horadizə, eləcə də əks istiqamətə biletləri əldə etmək mümkün olub. Artıq portala daxil edilən istiqamətlərin sayı hazırda 17-yə çatıb.
Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək.