Bu gün, oktyabrın 11-də Bakının Qaradağ rayonunda yerləşən “Qobu Park-3” yaşayış kompleksindən daha 22 ailə Füzuliyə yola düşüb. Bu haqda Bakuplus.az Report-a istinadən məlumat verir.
Bu mərhələdə 59 nəfər doğma yurdlarına qayıdır. Onlar Füzuli şəhərində dövlət tərəfindən yeni tikilən evlərdə məskunlaşacaqlar.
Ötən gün Füzuliyə 88 nəfərdən ibarət olan köç yola salınıb.