Bakıdan Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Bu haqda bu gün, 29 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Ölkənin müxtəlif ərazilərində yerləşən yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 115 nəfərdən ibarət olan 27 ailə Füzuli şəhərinə yola salınıb.
Bununla da Füzulidə 527 ailə, yəni 1969 nəfərin daimi məskunlaşması təmin edilib.