Bakı – Tivat – Bakı aviareysləri üçün bilet satışına başlanılıb. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Azərbaycan Hava Yollarına istinadən xəbər verir.
Monteneqronun kurortu olan Tivat şəhərinə bilet satışına start verilib. Uçuşlar 2 may tarixindən başlayacaq və həftədə 1 dəfə – cümə axşamı günləri həyata keçiriləcək. 10 iyun tarixindən isə resylərin sayı həftədə 2 dəfə – bazar ertəsi və cümə axşamı günləri olacaq.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-in kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.