Bakıdan üç yeni istiqamət üzrə uçuşlar yerinə yetiriləcək. Bu haqda bu gün, 27 yanvar tarixində "Azərbaycan Hava Yolları" QSC-yə istinadən məlumat verib.
Milli aviadaşıyıcı mart ayından etibarən Rusiyanın Novosibirsk, Yekaterinburq və Samara şəhərlərinə uçuşlar həyata keçirəcək.
“AZAL” aviaşirkəti uçuşları martın 16-dan etibarən həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı Novosibirsk şəhərinə, martın 19-dan etibarən həftədə iki dəfə - çərşənbə və bazar günləri Yekaterinburq şəhərinə uçuşlar yerinə yetirəcək. “Buta Airways” aviaşirkəti isə martın 18-dən etibarən çərşənbə axşamı və şənbə günləri Samara şəhərinə reyslər yerinə yetirəcək.