top
Bakıdan Qubaya piyada səfər edən Ağa Mehdiyevi daha yaxından tanıyaq
07 yanvar 2022, 07:27
- ↺ +

Bakıdan Qubaya piyada səfər edən Ağa Mehdiyevi daha yaxından tanıyaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gənclərin bəlasına çevrilən “Cavanlaşan Narkomaniya” və “Sağlam Həyat” mövzularını ön plana çəkmək məqsədilə Ağa Mehdiyev 31 dekabrda Biləcəri qəsəbəsindən Qubaya doğru 170 km-lik məsafəni piyada getmək üçün yola çıxmışdır.

Bu çətin səyahət barədə ətraflı öyrənmək üçün səyyahın özünə müraciət etdik.

 

Ağa Mehdiyev qısa olaraq özünü oxucularımıza necə tanıdardı?


  • Ağa Mehdiyev, 13 avqust 1992-ci ildə Bakı şəhərində anadan olmuşam. Jurnalistika ixtisasında təhsil almışam, eyni zamanda fərqli universitetlərdə qısa müddətli proqramlar bitirmişəm. Finlandiyada Helsinki, Almaniyada Bremen Universitetlərində və Moskva Biznes məktəbində Media və Biznes yönümlü proqramlar bitirmişəm.


 

Ətrafınızda baş verən hansı hadisə sizin bu səyahətə start verməyinizə səbəb oldu?


  • Cəmiyyətimizdə narkotik vasitələrdən istifadə edən insanlar həddən artıq çoxdur. Və qarşılaşdığımız bu və digər amillər belə bir qərar qəbul etməyimə səbəb olub.


 

Yolda ən çox nələr sizə çətinlik yaşatdı?


  • Yolda ən böyük çətinliyim ayaqqabılarım və yüküm oldu. Ayaqqabılarım ayağımı döydü, bu çətinliklər yaratdı. Ağır yüküm var idi, ancaq daha sonra onu başqa yerə qoydum.


 

Kömək edənlər arasında tanıdıqlarınız daha çox idi yoxsa təsadüfi qarşılaşdıqlarınız?


  • Kömək edənlərin arasında həm tanıdıqlarım, həm də tanımadığım insanlar var idi. Kontur yollayan var idi, halımı soruşanlar olurdu. Hamısının da niyyəti səmimi idi. Biz nə əldə etmişiksə, onlarla birgə əldə etmişik.


Səyahət boyu ən yadda qalan hadisə nə oldu?

  • Hava dəhşət soyuq və küləkli idi. Beşbarmaq yoluna 5 km qalardı. Oğlunu  həmin an Rusiyaya yola salan 71 yaşlı içkili kişi ilə rastlaşdım. Əhvalatımı danışandan sonra, o, gecə üçün qalmağa yerimin olmadığını başa düşdü və dedi: “Bala mən rahat ola bilmərəm sən bayırda bu soyuqda qalasan, həm də sən qonaqsan biz tərəflərə”. Onun sadə, 1 nəfərlik yerinə getdik. Daha sonra mənə qayıdacağını söyləyərək, harasa getdi. Təxminən saat 09:00 radələrində gəldi. Belə başa düşdüm ki, o, maşında yatıb öz yerini mənə vermişdi. Baxın dostlar, bu cür təcrübələr insana bir başqa təsəvvür verir və insanları yaxından tanımağa imkan yaradır. Fərrux dayı, sizi unutmayacam.


 

Səyahətiniz zamanı ən çox sevindiyiniz və təəssüfləndiyiniz anlar?


  • Sevindiyim an yolda itlə tanış olmağım oldu, ən kədərli anım isə onu Şabran rayonu ərazisində itirməyim idi. Təxminən 100 kilometr yolu mənimlə getdi.


 

Layihəniz ölkədə gənc narkomaniya ilə mübarizəyə necə kömək etməlidir?


  • Bu cür əməllərdə məqsəd insanları daha çox düşündürməkdir, problemlərin həllinə daha fərqli yanaşmağı təmin etməkdən ibarətdir.


 

Bu təşəbbüsünüzə QHT və ya dövlət təşkilatlarından öz dəstəyini göstərənlər oldu?


  • Bu təşəbbüslə bağlı heç bir mövqe görməmişəm, yəqin məlumatları yoxdur.


 

Azərbaycan və Avropa səfərinizin arasında hansı fərqləri hiss etdiniz?


  • Avropa təcrübəsi yaxşı idi, ancaq Azərbaycan insanları daha mehriban və istiqanlı idilər.


 

Fikrinizcə siz məqsədinizə çata bildiniz?


  • Xeyli sayda dostluqlar və münasibətlər yarandı, bunu artıq yaxşı nəticə hesab edirəm.


 

Növbəti piyada səfəriniz hara olacaq?


  • Hələki heç bir planım yoxdur. Sadəcə Qubada dincəlməyi və rahatlaşmağı düşünürəm.

    Bakuplus adından Ağa Mehdiyevə, müsahibə verdiyinə görə minnətdarlığımızı bildiririk.

     



 

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Oxşar xəbərlər