Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejiminə keçir. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
9-12 iyul tarixlərində 40-dan çox istiqamət üzrə avtobusların sayı artırılacaq. Bilet satışı üçün əlavə kassalar açılacaq. Həmçinin avtovagzal.az saytından da bilet əldə etmək mümkün olacaq.
Sərnişin axının çox olduğundan, vətəndaşlara biletləri öncədən almaq tövsiyə olunur.