Bakı – İstanbul marşrutu ilə uçan təyyarə təcili eniş edib. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az AZAL-ə istinadən xəbər verir.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2 8103 nömrəli hava gəmisi alverişsiz hava şəraiti ilə əlaqədar Ankaradakı beynəlxalq hava limanına enib.
Təyyarə yerli vaxtla saat 10:39-da Ankarada eniş edib. Bakı vaxtı ilə saat 11:56-da təyyarə Ankara şəhərindən Sabiha Gökçen Hava Limanına yola düşüb.