Bakı-Sumqayıt-Bakı avtomobil yolu üçün yeni layihə hazırlanır. Bu haqda bu gün, 19 fevral tarixində Bakuplus.az Space News-a istinadən xəbər verir.
Layihənin məqsədi paytaxt yollarında tıxac problemini həll etməkdir. Vətəndaşlar düşünürlər ki, şəhərdə alternativ yollar salınmalıdır. Digərləri isə sürücülük mədədniyyətinin vacibliyini vurğulayıblar.
Nəqliyyat eksperti, layihə rəhbəri Aslan Əsədov da deyir ki, çıxış yolu alternativ yolların salınmasıdır.
Həmin yollardan bəziləri aşağıdakı kimi ola bilər:
Alternativ yolun əvvəlcə 2 gediş, 2 gəliş zolağı olması nəzərdə tutulub. Gələcək perspektivdə isə bunu 8 zolağa qədər genişləndirmək olar.