"Buta Airways" aviaşirkətinin J2 9225 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisi Bakıya qayıdıb. Bu haqda 2 iyun gecə saatlarında "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Təyyarənin kapitanı hava limanına qayıtmağı Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (tufan) səbəbindən qərara alıb.
Hava gəmisi saat 23:05-də Heydər Əliyev adına Beynəlxalq Aeroporta uğurla eniş edib. Sərnişinlər hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşüblər.