Bakıdan Şuşa, Ağdam və Füzuliyə yeni avtobus reyslərinə biletlər satışa çıxarılır. Bu haqda bu gün, 27 avqust tarixində Bakuplus.az Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən xəbər verir.
Biletləri 29 avqust saat 15:00-dan etibarən www.yolumuzqarabaga.az saytından almaq mümkün olacaq.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənədin məlumatlarını sistemə daxil etməlidirlər. Biletlər alındıqdan sonra onu başqa şəxs istifadə edə bilməz.
Səfər zamanı sərnişinləri polis əməkdaşları müşayiət edir. Səfər edənlər peşəkar bələdçinin müşayiəti ilə tarixi, mədəni və dini abidələri ziyarət edirlər.