Bakıdan Moskvaya uçan təyyarədə ölüm hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Rusiyanın “Aeroflot” aviaşirkətinə məxsus “Su 1857” təyyarəsində Bakı-Moskva reysi ilə uçan sərnişin Şeremetyevo hava limanında vəfat edib.
Yuri Z. adlı sərnişin qəfildən özünü yaxşı hiss etməyib və boğulmağa başlayıb. Təcili Tibbi Yardım briqadası əraziyə cəlb olunana qədər sərnişin dünyasını dəyişib.