Bakı İdman Sarayının idarə heyətində kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 20 dekabr tarixində Report məlumat yayıb.
Cəlalət Kazımova idman nazirinin əmri əsasında sarayın direktor vəzifəsindən azad edilib. O, öz ərizəsi ilə işdən çıxıb.
Hal-hazırda boş qalmış vəzifəyə yeni təyinat yoxdur.
Öncə AFFA İcraiyyə Komitəsinin üzvü və Azərbaycan Futzal Federasiyasının prezidenti Z.Axundovun atası Asif Axundovun, daha sonra isə C.Kazımovanın rəhbərlik etdiyi Bakı İdman Sarayı (Əl Oyunları Sarayı) 1974-cü ildə inşa olunub.