"Bakı Gəmiqayırma Zavodu" MMC-də rəhbərlik dəyişib. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Zavodun direktoru İmamverdi Həsənov vəzifəsindən azad edilib. Müəssisədə idarə heyəti (İH) yaradılıb və sədr olaraq Elşad Nuriyev seçilib. O, həmçinin İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədridir. Sabiq direktor İmamverdi Həsənov isə İH-nin üzvü kimi fəaliyyət göstərəcək.
"Bakı Gəmiqayırma Zavodu" 2021-ci ildə yaradılıb. İndiyə qədər zavodda 10 gəmi tikilib, 170-ə yaxın gəmi təmir edilib və ya modernləşdirilib.