Paytaxt Prokurorluğunda yeni təyinat olub. Bu haqda bu gün, 14 iyul tarixində Report Baş Prokurorluğun mətbuat xidmətinə istinadən məlumat verib.
Verilən məlumata görə, Vüqar Nəsibov Bakı Şəhər Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi təyin edilib.
O, bu təyinata qədər Azərbaycan Baş Prokurorluğunun Təşkilat və icraya nəzarət idarəsinin böyük prokuroru olub.