Bakı Hərbi Məhkəməsinə yeni rəhbərlik təyin olunub. Bu haqda bu gün, 5 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hakim Zeynal Ağayev müvəqqəti olaraq Bakı Hərbi Məhkəməsinin sədri vəzifəsinə təyin olunub. O, bir neçə gün öncə Bakı Ağır Cinayətlər Məhkəməsindən ayrılaraq Hərbi Məhkəmənin hakimi vəzifəsinə təyin olunmuşdur.
Hərbi Məhkəmənin sabiq sədri Həbib Həsənov isə 16 il bu vəzifəni icra etdikdən sonra Nərimanov Rayon Məhkəməsinin sədri təyin olunub.