Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) yeni təyinat olub. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nərminə Hüseynova Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) yeni müdir vəzifəsinə təyin olunub.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli onu kollektivə təqdim edib.