“Gənclik Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında Azərbaycan Film Akademiyasının “Bakının açarı” filminin qala-gecəsi keçirilib. Bu haqda bu gün, 25 noyabr tarixində Report məlumat verib.
Filmin rejissoru Zaur Tahirsoydur.
Aktyorlar: Urfan Cabbarlı, Nərmin Əhməd, İbrahim Əlizadə, Vüsal Tağıyev, Fidan İsmayılova, Maya Hüseynli, Anar Əli və digərləri.
Film haqqında qısa məlumat: Xanlıqlar dövründə yeraltı Bakı şəhərinin açarı rusların əlinə keçmişdir. Buna baxmayaraq, yeraltı şəhərin yerini yalnız Bakının mühafizəçiləri bilirlər. Qəyyumların sonuncusu tarix müəllimi işləyir. Bu açarı əldə etmək üçün o, şəhərin 5 ən yaxşı oğrusunu bir yerə toplayır və Bakıda Rusiya Tarixi Muzeyindən açarı oğurlamağı planlaşdırır.
Film noyabrın 24-dən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunur.