22 sentyabr tarixində Bakının küçə və prospektlərində "yaşıl dalğa" tətbiq ediləcək. Bu barədə 21 sentyabr tarixində Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Sıxlığın azaldılması məqsədi ilə səhər və axşam pik saatlarında bəzi küçə və prospektlərdə svetoforlarda "yaşıl dalğa" tətbiq ediləcək. Yəni nəqliyyat vasitələrinin dayanmaması üçün yol boyu ardıcıl olaraq bir neçə svetoforda yaşıl işıq yandırılacaq.
"Yaşıl dalğa"lar daha çox paytaxtdakı təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə tətbiq olunacaq. Bu ərazilərdə avtomobillərin sayı çox olduğundan, avtomobillərin dayanmaması, sıxlığın və tıxacların yaranmaması üçün "yaşıl dalğa" əmri daha çox bu yerlərdə tətbiq ediləcək.