"Bakı KOB evin"də daha bir qurumun xidmətləri fəaliyyətə başlayıb. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az KOBİA-ya istinadən xəbər verir.
Fövqəladə Hallar Nazirliyi “Bakı KOB evin”də 6 xidmət təşkil edib. Belə ki, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin hər biri tərəfindən 3 xidmət təklif ediləcək.
Bununla da sahibkarlar ionlaşdırıcı şüa mənbələri və radiaktiv maddələrlə əlaqədar xidmətlərə, eləcə də Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısı haqqında xidmətlərdən yararlana biləcəklər.