“Bakı KOB evi”nə daha bir xidmət verilib. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az Energetika Nazirliyinə istinadən xəbər verir.
Belə ki, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AERA) artıq “Bakı KOB evi”ndə xidmət göstərəcək. Burada gücü 150 kilovatdan yuxarı elektrik qurğularının istismara buraxılış aktının və sənaye qaz qurğularının istismarına icazə verilməsi işinə baxılacaq.
Bir neçə gün öncə “Bakı KOB evi”nə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də qatılmışdır. Qurumun açılışı isə 6 yanvar tarixinə təsadüf edib.