Avropadan Asiyaya Bakı limanı vasitəsilə lüks avtomobillər göndərilir. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az limanın mətbuat xidmətinə istinadən xəbər verir.
Avropanın “Cabooter Group” şirkəti ilə əməkdaşlıq çərçivəsində müxtəlif markalı lüks avtomobillər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Asiya bazarına yollanır.
Bu kimi və digər malların daşınması üçün Bakı limanı, Avropa və Asiya arasında körpü rolunu oynayır.
[caption id="attachment_52149" align="alignnone" width="800"]
Foto Bakı Limanının rəsmi Facebook səhifəsi[/caption]