Bakı Mühəndislik Universitetinin məzunu, kimya mühəndisliyi ixtisası üzrə təhsil alan Məhərrəm Cəbrayılov təhsilini Luiziana Dövlət Universitetində (ABŞ) davam etdirəcək. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Cəbrayılov, həmçinin ABŞ-ın İllinoys Universitetində doktoranturaya, Milan Politexnik İnstitutunda (İtaliya), Hamburq Texnologiya Universitetində (Almaniya) və Alberta Universitetində (Kanada) magistraturaya qəbul olunub.
Cəbrayılovun təqaüdünün məbləği ildə 28.000 ABŞ dollarıdır. Hazırda o, universitetdə professor Ceyms Dormanın rəhbərliyi altında nanomateriallar və katalizatorlar laboratoriyasında tədqiqatçı tələbə kimi çalışır.