Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 500 nəfərədək şagird sayı olan təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb. Bu haqda bu gün, 4 avqust tarixində Report məlumat verib.
Müsabiqənin test mərhələsinin nəticələrinə əsasən, keçid balını toplayan 6 namizəd müsahibədə iştirak etmək hüququ qazanıb.
Həmçinin ötənilki sınaq imtahanlarında müvafiq keçid balı toplayan, lakin müsahibəyə dəvət olunmayan 14 namizəd müsahibədə iştirak edəcək.
Müsahibənin vaxtı və yeri barədə məlumatlar namizədlərin mobil nömrələrinə göndərilib.