Ənənəvi Bakı Marafonuna qeydiyyat başlayıb. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az xəbər verir.
“Küləyə qalib gəl” şüarı altında keçiriləcək marafonun məsafəsi 21 km olacaq. Marşrutun start və finiş nöqtəsi Dövlət Bayraq Meydanında təşkil olunacaq.
Onlayn qeydiyyat 21 fevral - 25 aprel, məntəqələrdə qeydiyyat isə 1 mart - 25 aprel tarixləri arası baş tutacaq. Qeydiyyat məntəqələri “28 Mall”, “Gənclik Mall”, “Dəniz Mall” ticarət mərkəzlərində olacaq.
Marafon 5 may tarixində keçiriləcək.
Marşrut aşağıdakı kimidir:
[caption id="attachment_130308" align="alignnone" width="640"]
Foto marathon.az[/caption]