Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçir. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
20 Yanvar faciəsinin ildönümü səbəbindən həmin gün metronun “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Bundan əlavə, “20 Yanvar” stansiyasında anım mərasimi keçiriləcək, günün birinci yarısında “20 Yanvar” stansiyasının platformasında metropoliten işçilərindən ibarət qarovul dəstəsi düzüləcək.
Eləcə də saat 12:00-da bütün metropoliten 1 dəqiqəlik sükutla şəhidlərimizi yad edəcək.