“Bakı Metropoliteni” qış mövsümünə hazırlıq prosesini başa vurub. Bu haqda 23 dekabr tarixində “Bakı Metropoliteni” QSC xəbər verib.
Qışa hazırlıq həm yerin altında, həm də şəhərin yerüstü xidmət sahələrində görülüb. “Bakı Metropoliteni” QSC-nin verdiyi məlumata görə, Bakı metrosunun qarla mübarizə qərargahı mövcuddur.
Qərargah qışa hazırlıq görüb:
- Müvafiq avadanlıq, alət və digər materiallarla təmin olunub
- İşçilər üçün xüsusi geyimlər, ayaqqabılar və digər fərdi mühafizə vasitələri alınıb
- Yol təsərrüfatının qəza-bərpa sahəsi qış şəraitinə tam uyğun vəziyyətə gətirilib
- Qarın yığılması üçün tələb olunan alətlər sazlanıb
- Depo və park yollarında izolə qovşaqları daim yoxlanılır, qüsurlu elementləri dəyişdirilir.
Stansiyalarda da qışa hazırlıq işləri aparılır. Pilləkənlərin buzlaşmasına qarşı hər stansiyanın ehtiyatında duz saxlanılır.
[caption id="attachment_21376" align="alignnone" width="896"]
Foto Bakı Metropoliteninin rəsmi saytı[/caption]