“Qarabağ” - “Lex” oyunu ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Matç iyulun 12-si saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Metronun “Gənclik” stansiyası oyunun başlanma saatı ərəfəsində gücləndirilmiş iş rejimi şəraitində çalışacaq. Beləliklə, əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunacaq, nəzarət mexanizmləri gücləndiriləcək. Həmçinin “Nəriman Nərimanov” və “28 May” stansiyalarında müvafiq ehtiyat tədbirlər nəzərə alınacaq.
Xəttə buraxılmaq üçün nəzərdə tutulmuş ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.