Bakı Metropoliteni yeni vaqonların alınması ilə bağlı yayılan xəbərləri təkzib edib. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Verilən məlumata görə, hər hansı müqavilə olacağı təqdirdə ictimaiyyətə geniş məlumat veriləcək.
Bildirilir ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində qeyd edib ki, bu il Bakı metrosu üçün 35 vaqonun verilməsi ilə bağlı çox böyük layihənin həyata keçirilməsi planlaşdırılır.
Hazırda Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinə daxil olan “Metrovaqonmaş” müəssisəsində “Bakı Metropoliteni” QSC-nin texniki göstəriciləri üçün hər biri 5 vaqondan ibarət 22 qatar hazırlanıb.