Bakı metrosunda rəsmi müraciət və icazə olmadan stansiyalardan birinin eskalatorunda təmizləyici vasitə ilə videoçarx çəkməyə cəhd göstərən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinə istinadən məlumat verir.
Həmin şəxslər metroda polis şöbəsi tərəfindən saxlanılaraq inzibati məsuliyyətə cəlb ediliblər.
Bildirilib ki, Bakı Metropoliteninin fəaliyyəti müvafiq texniki reqlamentlərlə, metropolitendən istifadə qaydaları isə Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Qeyd olunanları nəzərə alaraq metropolitenin infrastrukturuna daxil olan avadanlıqlara, qurğulara və mexanizmlərə icazəsiz şəxslərin müdaxiləsi, habelə təhlükəsizliyi pozan və ziyan vuran hər hansı hərəkətlər yolverilməzdir.